DİN əməliyyat keçirdi: 104 kiloqram narkotik və 8070 həb aşkarlanıb


Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı paytaxtda və bir sıra bölgələrdə əməliyyatlar keçirib.
Gunxeber.Az xəbər verir ki, Bakı şəhəri, Gəncə, Abşeron, Qobustan və Salyanda keçirilən tədbirlər nəticəsində Orxan Bağırov, Türbət Baxşıyev, Mülayim Əliyeva, Roman Əliyev, Alış Əjdərov, Babaəli Talıbov, Kamran Uzunov, həmçinin İran vətəndaşı Ramın Vafaeı Taleshmekaeıl saxlanılıblar.
Saxlanılan şəxslərdən ümumilikdə 104 kiloqram narkotik vasitə və narkotik tərkibli 8070 ədəd həb aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Araşdırmalar zamanı onların xaricdə yaşayan narkotik tacirlərinin tapşırıqları əsasında hərəkət etdikləri müəyyənləşdirilib. Bildirilir ki, saxlanılan şəxslər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinirlər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
17:20
15:30
10:55
10:30
01:25
20:33