DİN: Bir gündə 41 şübhəli saxlanılıb, 122 axtarışda olan şəxs tutulub


Noyabrın 16-da polis əməkdaşları tərəfindən ölkə ərazisində qeydə alınan 48 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin edilib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olan ümumilikdə 122 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 90-ı borclu şəxs qismində axtarışda olub.
Həmçinin narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.