Məleykə Abbaszadə DİM-də keçirdiyi son qəbulla bağlı sosial şəbəkədə paylaşım edib


7 mənbə əsasında
Dövlət İmtahan Mərkəzinin sabiq sədri Məleykə Abbaszadə qurumda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Sosial şəbəkə hesabında edilən paylaşıma əsasən, tərəflər 2026-2028-ci illər üzrə Rəqəmsal İnkişaf Yol Xəritəsinin icrasını və gələcək addımları müzakirə ediblər. Görüşdə informasiya sistemlərinin müxtəlif platformalara inteqrasiyası, elektron xidmətlərin tətbiqi və süni intellektdən istifadə imkanları nəzərdən keçirilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
DİM sədri kimi keçirdiyi son qəbuldan paylaşım etdi
Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin olunan Məleykə Abbaszadə sosial şəbəkə hesabında DİM-də keçirdiyi iclasla bağlı paylaşım edib. Bakıvaxtı.az xəbər verir ki, M.Abbaszadə 2 saat əvvəl etdiyi paylaşımda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyini açıqlayıb. O bildirib ki, görüşdə DİM-in 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişaf Yol Xəritəsi çərçivəsində görülən işləri və növbəti addımları müzakirə edilib: “İnformasiya sistemlərimizin “Digital Bridge” platformasına və “mygov ID” xidmətinə qoşulması, elektron xidmətlərimizin “mygov” və “mygov Biznes” üzərindən təqdim edilməsi, sistemlərimizin “Hökumət buludu”na köçürülməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi barədə danışdıq. Qəbul prosesində vətəndaşların ən çox istifadə etdiyi xidmətlərə ayrıca toxunduq. Qeydiyyatın, ixtisas seçiminin və müsabiqə nəticələrinin “mygov” üzərindən əlçatan olması, eləcə də ödənişlərin vahid platformada avtomatlaşdırılması imkanlarını nəzərdən keçirdik. Dövlət qulluğu sahəsində isə şəxsi işlərin elektron qaydada aparılması, dövlət qulluqçularının reyestrinin təkmilləşdirilməsi və xidməti fəaliyyətin qiymətləndirilməsi üçün rəqəmsal sistemin yaradılması barədə fikir mübadiləsi apardıq. Süni intellektdən imtahan məzmununun keyfiyyətini yoxlamaq, yazılı cavabları qiymətləndirmək və vətəndaşların suallarını cavablandırmaq üçün necə istifadə edə biləcəyimizi də müzakirə etdik. Rəqəmsal texnologiyalar işimizi və gündəlik həyatımızı sürətlə dəyişir. Düşünürəm ki, bu dövrün imkanlarını vaxtında görmək və onlardan doğru istifadə etmək vətəndaşlar üçün olduğu qədər dövlət qurumları üçün də vacibdir. İnanıram ki, doğru mütəxəssislərlə işləsək və dövlət qurumları arasında əməkdaşlığı gücləndirsək, daha yaxşı nəticələr əldə edə bilərik”.
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə