Dövlət qulluğu üzrə noyabrın 16-da elan edilmiş daxili müsahibə ləğv olunub


29 mənbə əsasında
Azərbaycanda noyabrın 16-da dövlət qulluğu üzrə elan edilmiş daxili müsahibə ləğv olunub. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Qərar Dövlət Qulluğu Məcəlləsinin tətbiqi ilə əlaqədar qanunun icrası və sahədə yeni hüquqi tənzimləmələrin tətbiqi nəzərə alınaraq verilib. Həmçinin 2026-cı ilin sonunadək keçiriləcək müsahibələrdə namizədlərə veriləcək sualların qaydaları ilə bağlı müddəalar açıqlanıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv edilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası, habelə dövlət qulluğu sahəsində yeni hüquqi tənzimləmələrin tətbiqi nəzərə alınaraq, 16 noyabr 2026-cı il tarixində elan edilmiş daxili müsahibə elanı ləğv edilib. Həmçinin qeyd edilib ki, 2026-cı ilin sonunadək keçiriləcək müsahibələr zamanı namizədlərə əvvəlcədən elan edilmiş müsahibə proqramlarında əksini tapmış və "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanunu ilə qüvvədən düşmüş normativ hüquqi aktların yalnız Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsi ilə eynilik təşkil edən müddəalarından suallar veriləcək. Digər hüquqi aktlara və mövzulara aid olan hissədə namizədlərin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramları əsasında həyata keçiriləcəkdir.
Tam oxu Mediabiz saytındaDərc vaxtına görə
Mediabizoxuduğunuz
DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib
