DİM-ə sədr kim gətirilir? - Dörd namizədin adı çəkilir
.jpg)
.jpg)
Dövlət İmtahan Mərkəzində (DİM) mümkün rəhbər dəyişikliyi ilə bağlı müzakirələr başlayıb. Qurumun sədri postu ilə bağlı müxtəlif adlar çəkilir. Müzakirə olunan şəxslər arasında Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov, BDU-nun sabiq rektoru Elçin Babayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbəri Ülkər Səttarovanın, iqtisadiyyat nazirliyinin 1-ci müavini Elnur Əliyevin adları çəkilir.
AzNews.az Modern.az-a istinadən xəbər verir ki, təhsil ictimaiyyətində mümkün namizədlər arasında daha çox Ülkər Səttarovanın üzərində dayanılır. Onun son illərdə ali təhsil sahəsindəki fəaliyyəti, universitetlərin beynəlxalq reytinqlərdə irəliləməsi, idarəetmədə institusional yanaşma və keyfiyyət təminatı istiqamətində görülən işlər bu müzakirələrdə əsas arqumentlər kimi göstərilir.
DİM ölkənin təhsil sistemində strateji əhəmiyyət daşıyan qurumlardan biridir. Buna görə də rəhbər dəyişikliyi təhsil sisteminin gələcək inkişaf istiqaməti baxımından diqqət çəkir. Müzakirələrdə adı çəkilən Rüfət Əzizov, Elçin Babayev, Ülkər Səttarova, Elnur Əliyev təhsil idarəçiliyinin müxtəlif istiqamətlərində təcrübəyə malik şəxslərdir. Onların mümkün namizədliyi fərqli idarəçilik yanaşmalarının DİM-in gələcək fəaliyyətinə təsiri baxımından maraq doğurur.
DİM-in qarşısında duran əsas məsələlər imtahanların təşkili, ölçmə və qiymətləndirmə metodologiyasının təkmilləşdirilməsi, rəqəmsallaşma, məlumatların təhlili, şəffaflıq və ictimai etimadın gücləndirilməsidir. Yeni rəhbərliyin bu istiqamətlərdə hansı dəyişikliklərə üstünlük verəcəyi də müzakirələrin əsas predmetlərindəndir.
Təhsil dairələrində Ülkər Səttarovanın adının daha çox önə çəkilməsi onun son illərdə ali təhsil sahəsindəki fəaliyyəti ilə əlaqələndirilir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə rəhbərlik etdiyi dövrdə universitetlərin institusional inkişafı, keyfiyyət təminatı, beynəlxalq akademik mühitə inteqrasiyası və reytinq göstəriciləri diqqət mərkəzindədir.
Universitetlərin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşması, rəqabətliliyə davamlılığı, ali təhsil müəssisələrinin fəaliyyətinin daha sistemli qiymətləndirilməsi, şəffaflıq və akademik göstəricilərin önə çəkilməsi bu sahədə aparılan işlərin müzakirəsini aktuallaşdırıb.
DİM-in qərarları hər il yüz minlərlə şagird, abituriyent və ailənin həyatına təsir edir. Bu səbəbdən qurumun rəhbərliyində mümkün dəyişiklik cəmiyyət üçün xüsusi həssaslıq daşıyır. İctimai diqqət yeni rəhbərlə bərabər, onun hansı islahatları həyata keçirəcəyinə, imtahan sistemində hansı yeniliklərə imza atacağına yönəlir.
İmtahan modelinin təkmilləşdirilməsi, qiymətləndirmədə müasir metodların tətbiqi, süni intellekt və rəqəmsal texnologiyaların imkanlarından istifadə, test məzmununun kompetensiya əsaslı təhsil modelinə uyğunlaşdırılması, şəffaflığın artırılması və ictimai etimadın möhkəmləndirilməsi DİM qarşısında duran əsas çağırışlardır.
Mümkün rəhbər dəyişikliyi bu məsələlərin yenidən nəzərdən keçirilməsi və qurumun fəaliyyətində yeni mərhələnin başlanması üçün zəmin yarada bilər. Hələlik DİM rəhbərliyi ilə bağlı rəsmi qərar açıqlanmayıb. Lakin təhsil sistemində səslənən adlar və mümkün kadr dəyişiklikləri göstərir ki, müzakirələrdə əsas diqqət DİM-in gələcək inkişaf modelinin necə formalaşacağına yönəlib.
Dərc vaxtına görə
