Dığanın öz arşını
5 dəq oxu
Xəbər
KÖŞƏ
05 noyabr 2026 22:57
1152
Günün nəbzi
...Və erməni yalına hürən zatıqırıq Zatulinin söz arşını
Bu günlərdə feysbuk sosial şəbəkəsində Gagik Elbakyan adlı erməni dığasının öz aləmində sensasiya kimi qiymətləndirdiyi 2 dəqiqəlik bir videopaylaşımına rast gəldim. Əvvəlcə “əşi, ermənidir də, yəqin xislətlərinə uyğun olaraq növbəti dəfə Azərbaycana çamur atır” deyib səhifəni qapatmaq istədim. Lakin üzdəniraq bloggerin videonun manşetinə çıxardığı “Konstantin Zatulin Azərbaycanın Rusiyadakı agentlərinin adlarını açıqladı” başlığını oxuduqdan sonra fikrimdən vaz keçdim. Bəs, görəsən bir qayda olaraq ona həvalə edilmiş ermənilərin sadiq tulası rolunu məharətlə oynayan və bu kontekstdə qatı anti-Azərbaycan mövqeyi ilə seçilən Rusiya Dövlət Dumasının ştatlı deputatı (yeri gəlmişkən, sentyabrın 18-20-də IX çağırış Dövlət Dumasına keçirilən seçkilərdə hakim “Vahid Rusiya” Partiyasının xətti ilə növbəti dəfə bu əbləhə mandat hədiyyə edilib) yenə nə çərənləyib?
Ondan başlayım ki, Gagik adlı dığa zatıqırıq Zatulinin sərhəd və ədəb-ərkan tanımayan absurd sayıqlamasını öz izləyicilərinə əsl erməni xislətinə uyğun xüsusi təmtəraqla, nə qədər qəribə görünsə də lirik musiqi sədaları altında təqdim edir. Belədə görəsən yeri gəldi-gəlmədi özünü böyük rus xalqının müasir “intellektual kəsimi”nin ”öndə gedən nümayəndəsi” adlandiran, əsl həqiqətdə isə həyasızlıq, abırsızlıq mücəssəməsi olan Zatulin soyadlı əhləbi növbəti dəfə deputat mandatına sahibləndikdən dərhal sonra ermənilərin qarşısında quyruq bulamağa nə vadar edib? Sual ritorik deyil və cavabı çox sadədir: Ona bu mandatın peşkəş edilməsində əvəzsiz xidmətləri olan erməni lobbisinə “ayı xidməti” göstərmək, hətta özünün yüksək intellektual səviyyəli soydaşlarına çamur atmaq hesabına onların sadiq tulası olduğunu növbəti dəfə sübut etmək.
İndi gəlin, baxaq görək üzdəniraq bloggerin öz izləyicilərinə sevincək təqdim etdiyi, zatıqırıq Zatulinin erməni cəmiyyətinə, xüsusilə onun revanşist kəsiminə yeni bir “ayı xidməti”nin təzahürü olan cəfəng iddiasında, başqa cür ifadə etməli olsaq “söz arşını”nın növbəti ölçüsündə nələr uydurulur. Bu zatıqırıq əbləh utanıb-qızarmadan erməni ağalarının xeyir-duası ilə tərtib edib Rusiya cəmiyyətinə sırımaq istədiyi “agent nağılı”ında müasir rus ictimai-siyasi kəsiminin yüksək intellektual səviyyəli, geniş erudusiyalı, dərin analitik təfəkkürlü nümayəndələrini- Mixail Qusmanı, Sergey Markovu və İqor Karotçenkonu Azərbaycanın Rusiyadakı agentləri adlandırır. Heç bir konkert fakta, dəlil-sübuta əsaslanmadan Rusiya xüsusi xidmət orqanlarına çağırış edir ki, bəs deməzsən, həmin şəxslər uzun illər Azərbaycandan aldıqları yüksək məbləğdə maliyyə vəsaiti hesabına bu ölkəyə agentlik edirlər. Təcili surətdə onlar haqqında qəti tədbir görmək lazımdır.
Mənbə
1 mənbə



