Deputatın şirkətinin anbarından meyit tapıldı


Sumqayıtda anbar ərazisində ölüm hadisəsi baş verib.
"32gun.az" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində, "Embawood" şirkətinə məxsus anbarda qeydə alınıb.
Məlumata görə, 50 yaşlı kişinin iş zamanı qəfil halı pisləşib və o, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
32gun.az xatırladır ki, “Embawood” MMC 1996-cı ildən fəaliyyət göstərir, 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 3250 manatdır. Qanuni təmsilçisi Elşad İnşallah oğlu Abbasovdur.
Elşad Abbasov şirkətin əsas pay sahiblərindən biridir. O, bir müddət “Embawood”un baş direktoru vəzifəsində çalışıb. 2016-cı ildə bu vəzifədən istefa verərək şirkətin Müşahidə Şurasının sədri təyin edilib.
“Embawood”un əsas pay sahiblərindən biri də deputat Məşhur Məmmədovdur. Deputatın bioqrafik məlumatlarında onun şirkətin təsisçisi olduğu qeyd edilir.
Məşhur Məmmədov və Elşad Abbasovun biznes əlaqələri “Embawood”la məhdudlaşmır. Onlar “Emba Finans” QSC-nin də əsas səhmdarlarıdır.
Məşhur Məmmədov 2020-ci ildən deputatdır. O, parlamentdə 74 saylı Masallı seçki dairəsini təmsil edir.