Deputat: "Dərsliklərə milli-mənəvi dəyərlərə zidd nümunələr salınır"


www.Yenilik.Az » Cəmiyyət » Deputat: "Dərsliklərə milli-mənəvi dəyərlərə zidd nümunələr salınır"
2026-11-17 , 19:32
"Orta məktəb dərsliklərinin tərtibatı və nəşri insanları ciddi narahat edir".
Oxu.Az xəbər verir ki, bunu deputat Tahir Rzayev parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.O bildirib ki, xarici ölkə müəlliflərinin bədii nümunələrini öz adlarına çıxaran, milli-mənəvi dəyərlərə zidd, sönük cızma-qaraları dərsliklərə salıb qazanc əldə edənlər təkcə ayrılan dövlət vəsaitlərini ələ keçirmirlər, həm də uşaqların mənəviyyatını, dünyagörüşünü mənimsəməklə məşğuldurlar:"Bu barədə ciddi düşünülməli, əsaslı tədbirlər görülməlidir. Səlahiyyət sahiblərinin büdcə vəsaitlərindən səmərəli istifadə olunması sahəsində həyata keçirdikləri tədbirləri təqdir etməklə bərabər səsləndirilən məsələlərə önəm verməsini xahiş edirəm".
Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR