Dənizdə batan gənc Aviasiya Akademiyasının tələbəsi imiş


Bu gün Sumqayıt bulvarı ərazisində dənizdə batan 20 yaşlı Nəsrəddin Sədrəddin oğlu Şahəliyevin tələbə olması müəyyənləşib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dənizdə itkin düşən gənc Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsi imiş.
Onun hansı şəraitdə dənizə düşməsi hələlik məlum deyil.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Dərc vaxtına görə
Qafqazinfooxuduğunuz
Dənizdə batan gənc Aviasiya Akademiyasının tələbəsi imiş
