Sahilboyu ərazilərdə kiçik obyektlərin açılması üçün yeni qaydalar tətbiq olunacaq


5 mənbə əsasında
Keçirilən brifinqdə sahilboyu ərazilərdə torpaqların istifadəyə verilməsi mexanizmləri barədə məlumat verilib. Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bildirib ki, kiçik kafe və ya mövsümi obyekt açmaq istəyən şəxslər üçün xüsusi qaydalar müəyyənləşdiriləcək. Gələcəkdə vətəndaşlar yaradılacaq coğrafi informasiya sistemi vasitəsilə ərazi seçərək bir pəncərə prinsipi ilə müraciət edə biləcəklər.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Dəniz sahilində obyekt açmaq istəyənlər üçün qaydalar müəyyənləşdiriləcək
“Sahilboyu ərazilərdə torpaqların istifadəyə verilməsi mexanizminə gəlincə, kiçik kafe və ya mövsümi obyekt açmaq istəyən şəxslər üçün müvafiq qaydalar müəyyənləşdiriləcək”.Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bu gün keçirilən brifinqdə deyib.O bildirib ki, torpaqların icarəyə və istifadəyə verilməsi qaydaları hər yerdə eyni deyil: “Bu ərazilərə şərti olaraq xüsusi ərazi kimi yanaşılacaq. Burada torpaqların hansı hüquqi əsaslarla istifadəyə veriləcəyi – istifadə, icarə və ya mülkiyyət hüququnun tətbiq olunacağı müəyyənləşdirilməlidir. Bir mütəxəssis kimi hesab edirəm ki, bu ərazilərdə mülkiyyət hüququnun verilməsi çox nadir hallarda mümkün olmalıdır. Ümumiyyətlə, hazırkı qanunvericilikdə də belə ərazilərdə mülkiyyət hüququnun verilməsi nəzərdə tutulmur. Lakin əvvəlki dövrlərdə, xüsusilə 1990-cı və 2000-ci illərin əvvəllərində bəzi şəxslərə qanunvericiliyə uyğun olaraq həmin ərazilərdə müəyyən əmlaklar verilib.Bu gün orada biznes fəaliyyəti ilə məşğul olan, obyektləri mövcud olan sahibkarlar da var. Həmin məsələlərə də müvafiq qaydada baxılacaq. Torpaqların istifadəyə verilməsi mexanizminə gəlincə, məsələn, kiçik kafe və ya mövsümi obyekt açmaq istəyən şəxslər üçün müvafiq qaydalar müəyyənləşdiriləcək. Bundan sonra bir pəncərə prinsipi əsasında istənilən vətəndaş və ya fiziki şəxs yaradılacaq coğrafi informasiya sisteminə daxil olaraq ərazini seçə və müraciət edə biləcək.Necə ki, bu gün kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi ilə bağlı elektron kənd təsərrüfatı informasiya sistemi mövcuddur, burada da oxşar rəqəmsal torpaq idarəetməsi resursu yaradılacaq. Vətəndaş həmin sistem vasitəsilə istədiyi ərazini seçərək qanunvericiliklə müəyyən edilmiş hüquqlarını reallaşdırmaq üçün müraciət edə biləcək. Müraciət elektron qaydada müvafiq quruma daxil olacaq. Daha sonra zərurət yarandıqda yerquruluşu işləri aparılacaq, aidiyyəti dövlət orqanları ilə razılaşdırmalar h
Tam oxu Mia.az saytındaDərc vaxtına görə
