DƏHŞƏTLİ XƏRİTƏ! Azərbaycan və Türkiyəni Rusiyaya... – Putinin həyasız PLANI!


Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqin ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinin görüşü ərəfəsində qalmaqallı xəritə paylaşıb. Xəritədə dünya üç böyük dövlətin təsir dairəsinə bölünüb. Ən diqqətçəkən məqam isə Azərbaycanın, Türkiyənin, Avropanın və Afrikanın Rusiyanın nəzarət zonasında göstərilməsidir.
Musavat.com xəbər verir ki, "rusiyalı filosof və siyasi nəzəriyyəçi", əslində isə imperiya ambisiyaları ilə zəhərələnmiş təxribatçı Aleksandr Duqin noyabrın 16-da X sosial şəbəkəsində dünya xəritəsini paylaşaraq onun üzərinə qısa, lakin düşündürücü bir cümlə yazıb: “Üçqütblü dünya sammiti ərəfəsində ”.
Duqinin yaydığı xəritədə dünya faktiki olaraq üç böyük imperiyanın təsir dairəsinə bölünüb.
Amerika qitəsi, Qrenlandiya və Yaponiya ABŞ-ın, Avropanın böyük hissəsi, Rusiya, Türkiyə, Qafqaz, Yaxın Şərq və Afrika Rusiyanın, Çin, Asiyanın böyük hissəsi və Avstraliya isə Çinin rəngində göstərilib.
Bu bölgüdə dünyanın onlarla müstəqil dövlətinin siyasi iradəsi, suverenliyi və mövcud beynəlxalq ittifaqları nəzərə alınmayıb.
Xüsusilə Azərbaycanın və Türkiyənin Rusiyanın təsir dairəsinə daxil edilməsi diqqət çəkir.
Duqinin xəritəsinin Azərbaycan üçün ən maraqlı və həssas tərəfi məhz budur.
Xəritədə Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan və bütövlükdə Cənubi Qafqaz Rusiyanın geosiyasi məkanına daxil edilib.
Üstəlik, təkcə keçmiş SSRİ respublikaları deyil, NATO üzvü Türkiyə, Avropa dövlətləri, Yaxın Şərq və Afrika da eyni rənglə göstərilib.
Bu isə Rusiyanın təsir dairəsinin faktiki olaraq üç qitəni əhatə etməsi təsəvvürünü yaradır.
Halbuki Azərbaycan müstəqil xarici siyasət yürüdür. Ölkəmiz Türkiyə ilə müttəfiqlik münasibətlərinə, Çinlə strateji tərəfdaşlığa, Avropa dövlətləri və ABŞ-la geniş siyasi-iqtisadi əlaqələrə malikdir.
Azərbaycanın enerji və nəqliyyat layihələri, xüsusilə Orta Dəhlizdəki rolu onun beynəlxalq siyasətdə müstəqil mövqeyini daha da gücləndirib.Türkiyənin Rusiyanın təsir dairəsində göstərilməsi də eyni dərəcədə axmaqcadır. Ankara NATO-nun ən böyük hərbi güclərindən birinə malikdir, regional və qlobal məsələlərdə müstəqil siyasət aparır.
Bundan başqa, Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının əsas iştirakçılarıdır. Bu təşkilatın güclənməsi Avrasiyada ayrıca siyasi-iqtisadi əməkdaşlıq məkanının formalaşmasına xidmət edir.
Belə bir şəraitdə Bakı və Ankaranın Moskvanın nəzarətində olan geosiyasi zona kimi təsvir edilməsi Duqin kimi şovinistlərin mahiyyətinin göstəricisidir.
Dərc vaxtına görə
Paytaxt.orgoxuduğunuz
DƏHŞƏTLİ XƏRİTƏ! Azərbaycan və Türkiyəni Rusiyaya... – Putinin həyasız PLANI!
