Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı vətəndaş qəbulu keçiriləcək


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov Şamaxı, Şirvan, Beyləqan, Bərdə və Yevlax şəhərlərində vətəndaş qəbulu keçirəcək.
Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər
1 mənbə
