Danimarkada ukraynalı reperin qətlini planlaşdıran iki nəfər SAXLANILDI


Danimarkada rus kəşfiyyatının sifarişi ilə reper Kiyevstonerin qətlini planlaşdırmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” Danimarkanın DR telekanalına istinadən məlumat yayıb.
İstintaqın versiyasına görə, Rusiya kəşfiyyatı sentyabrın 25-də Kopenhagendə konsert verməli olan ukraynalı reper Albert Vasilyevin, səhnə adı ilə Kiyevstonerin qətlə yetirilməsi üçün Danimarkanın iki vətəndaşını cəlb edib.
Hadisə ilə əlaqədar iki kişi saxlanılıb. Onların qətl planının hazırlanmasında iştirak etdiyi ehtimal olunur.
Xuraman Etibarlı
İnterpress.az
Dərc vaxtına görə
Interpressoxuduğunuz
Danimarkada ukraynalı reperin qətlini planlaşdıran iki nəfər SAXLANILDI

Axar.az+1 mənbə