Danimarkada Höylundun qol seriyası davam edir


Danimarka millisinin hücumçusu Rasmus Höylund Millətlər Liqasında Portuqaliya ilə görüşdə iki dəfə fərqlənib.
Offsideplus.az xəbər verir ki, qarşılaşma Danimarkanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Napoli"nin oyunçusu bu turnirdə ardıcıl üçüncü oyunda qol vurub.
Höylund Millətlər Liqasında keçirdiyi 5 matçda ümumilikdə 5 qola imza atıb.