Daha bir dünya ulduzu karyerasını "Barselona"da davam etdirməyi seçdi


Daha bir dünya ulduzu karyerasını "Barselona"da davam etdirməyi seçib.
Offsideplus.az xəbər verir ki, İngiltərənin "Tottenham" klubunun sağ cinah müdafiəçisi Pedro Porro gələn yay karyerasında yeni addım atmağa hazırdır. İspaniyalı futbolçu Premyer Liqa təmsilçisindən ayrılmağı prioritet hesab edir və karyerasını məhz "Barselona"da davam etdirməyə üstünlük verir.
Məlumata görə, 27 yaşlı futbolçu "Barselona"nın oyun üslubunun onun xüsusiyyətlərinə digər iddialı klublardan daha yaxşı uyğunlaşdığına inanır. Baş məşqçi Hansi Flikin komandadaki layihəsi və ona olan şəxsi marağı ispan müdafiəçinin bu qərarında həlledici rol oynayır.
"Tottenham" futbolçu üçün təxminən 70 milyon avro tələb etdiyi halda, Kataloniya təmsilçisi bu məbləğin daha aşağı salınmasında maraqlıdır.
Digər iddiaçılar: "Çelsi", "Liverpul" və "Mançester Siti" kimi nəhənglər də vəziyyəti izləsə də, futbolçunun ürəyi məhz İspaniya çempionatında oynamqdadır.
Gələcək hədəflər: Porro Çempionlar Liqasında mübarizə aparmaq və titullar qazanmaq ambisiyaları səbəbindən London klubundan ayrılmaqda qərarlıdır.
1 mənbə

Report+3 mənbə