“Cybernet” vergi sistemində VÖEN modulu yaradacaq


Dövlət Vergi Xidmətinin istifadəsində olan AVİS 2 sistemində VÖEN modulunun yaradılması üzrə tenderin qalibi “Cybernet” MMC olub.
Banker.az xəbər verir ki, satınalma İqtisadiyyat Nazirliyinin “Tikinti-Təchizat Birliyi” MMC tərəfindən keçirilib.
Layihə AVİS 2 sistemində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi — VÖEN üzrə modulun yaradılmasını nəzərdə tutur. Satınalmanın ehtimal olunan qiyməti 5.464.346 manat müəyyən edilib.
Tender elanı 2026-cı il sentyabrın 24-də dərc olunub, təkliflərin qəbulu isə oktyabrın 22-də başa çatıb.
Xatırladaq ki, Banker.az-ın mart ayında verdiyi məlumata əsasən, “Cybernet” MMC Dövlət Vergi Xidmətində AVİS proqramını fəaliyyətini təmin etmişdir. Satınalmanın qiyməti 9.647.416 manat təşkil etmişdir.