Culfada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib


Hadisə
0 0
16.11.2026 20:53
ANZ.AZ xəbər verir ki, hadisə Culfa şəhərində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən zaman 1954-cü il təvəllüdlü Cəfərova Xədicə Rəşad qızını vurub.
Xəsarət alan qadın Naxçıvan Muxtar Respublikası Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
1 mənbə