Çeyrək əsrlik fəaliyyət: “Xalq cəbhəsi”nin 25 yaşı tamam olur


“Xalq cəbhəsi” qəzeti fəaliyyətinin 25-ci ilini qeyd edir. İyirmi beş il bir qəzet üçün keşməkeşli yol, formalaşmış ənənə və oxucu ilə qurulmuş etimaddır.
Bu illər ərzində nəşr ölkədə gedən ictimai-siyasi prosesləri yaxından izləyib, zamanın gətirdiyi dəyişikliklərə və yeni mövzulara səhifələrində yer verib. Qəzetin ötən dövrdəki fəaliyyətində həm redaksiyada çalışanların zəhməti, həm də qəzetin özünəməxsus üslubunu qoruyub saxlaması aydın görünür.
Zefer.media 25 illik yubileyi münasibətilə “Xalq cəbhəsi” qəzetinin kollektivini təbrik edir.
Qəzetə yeni-yeni yazılar, maraqlı mövzular və bundan sonra da öz oxucularını itirmədən yoluna davam etməsini arzulayırıq. Yubileyiniz mübarək!
