Ceyhun Hacıbəyli küçəsində ərazi yenidən ZƏBT OLUNDU


Bakının Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində obyektin önü qanunsuz zəbt olunub.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az-ın əldə etdiyi görüntülərdə səhər saatlarında obyektin qarşısında yol konusları qoyulub. Sözügedən vəziyyət ərazidən istifadə, avtomobillərin dayanması və ictimai yol sahəsinin məhdudlaşdırılmasına səbəb olub.
Qeyd edək ki, Ajans.az bir müddət əvvəl də eyni ərazidə yolun qanunsuz zəbt olunması ilə bağlı material dərc etmişdi. Mağaza sahibi avtomobillərin saxlanılmasının qarşısını almaq məqsədilə yol kənarına qanunsuz olaraq taxta yeşiklər yerləşdirmişdi.
Bundan sonra polis əməkdaşları tərəfindən məsələ nəzarətə götürülmüş və nöqsan aradan qaldırılmışdı.
Lakin Ajans.az-ın əldə etdiyi yeni görüntülərdən məlum olur ki, ərazi yenidən zəbt olunub.
Dərc vaxtına görə
