Ceyhun Bayramov Hakan Fidanla regional məsələləri müzakirə edib
Gunxeber.azLamiyə Fətullayeva


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Gunxeber.Az xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər, həmçinin regionda baş verən prosesləri və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
