Ceyhun Bayramov: Azərbaycan-Almaniya əlaqələri tarixi dostluq münasibətlərinə əsaslanır


18 Noyabr 2026 11:38
474
SİYASƏT
Azərbaycan-Almaniya əlaqələri tarixi dostluq münasibətlərinə əsaslanır. İki ölkənin münasibətləri hər zaman qarşılıqlı hörmət, beynəlxalq hüquq, dövlətlərimizin maraqlarının nəzərə alınması əsasında formalaşıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir vurğulayıb ki, mövcud dövrdə iki ölkə arasında ali və yüksək səviyyədə təmaslar yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin dövlət başçılarının səfərləri çərçivəsində çox mühüm sənədlər imzalanıb.
“Biz Azərbaycan-Almaniya ikitərəfli münasibətləri, Azərbaycan-Avropa İttifaqı kontekstində münasibətlərin inkişafı, Cənubi Qafqazda olan vəziyyətə dair fikir mübadiləsi aparmışıq. O cümlədən, xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələr mexanizmi mövcuddur”, - deyə Ceyhun Bayramov bildirib.
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Dərc vaxtına görə
Report+20 mənbə