Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounla görüşüb.
Gunxeber.Az xəbər verir ki, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri və regional məsələlər müzakirə olunub.
Tərəflər Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində müxtəlif əməkdaşlıq istiqamətləri üzrə konkret layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.
Görüşdə regional bağlantıların genişləndirilməsi, Orta Dəhlizin inkişafı və nəqliyyat-logistika imkanlarının artırılması məsələlərinə də toxunulub.
Bu çərçivədə TRIPP layihəsinin regional nəqliyyat və iqtisadi əlaqələrin gücləndirilməsində rolu qeyd edilib. Layihənin, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsinə verə biləcəyi töhfə vurğulanıb.
Ceyhun Bayramov və Arye Laytstoun Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
23:30
20:25
19:40
17:35
11:40
11:05
Dərc vaxtına görə
Gunxeber.azoxuduğunuz
Ceyhun Bayramov ABŞ rəsmisi ilə TRIPP layihəsini müzakirə edib
