CEV Çelenc Kuboku: "Ordu" Bakıda Norveç klubunu qəbul edəcək
Far.azFar.Az


Kişi voleybolçulardan ibarət "Ordu" komandası CEV Çelenc Kubokunun 1/32 final mərhələsində cavab oyununu bu gün keçirəcək.
"Far.Az"un məlumatına görə, Azərbaycan təmsilçisi Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Norveçin "Forde VBK" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında səfərdə baş tutan ilk görüş "Ordu"nun 3:0 (25:11, 25:17, 25:19) hesablı qələbəsi ilə yekunlaşıb.
Ordu VK CEV Çelenc Kuboku
Oxşar xəbərlər
Dərc vaxtına görə
