Cənubi Koreyanın “Hanwha” şirkəti ABŞ-də gəmidən buraxılan “Chunmoo” ballistik raketini sınaqdan keçirib


Cənubi Koreyanın “Hanwha Defense” şirkəti ABŞ-nin Missisipi ştatı sahillərində gəmidə yerləşdirilmiş mobil buraxılış qurğusundan “Chunmoo” ballistik raketinin buraxılışını sınaqdan keçirib.
Ordu.az xəbər verir ki, bu barədə “Hanwha Defense USA” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Buraxılış “The Spaceport Company” şirkətinə məxsus xüsusi sınaq gəmisində quraşdırılmış MFOM paletli sistemindən həyata keçirilib.
Sınaq “Chunmoo” sisteminin dəniz platformalarından istifadə imkanlarını yoxlamağa yönəlmiş iki raketlik buraxılış proqramının tamamlanması ilə nəticələnib.
Şirkət bu buraxılış qurğularını müxtəlif tipli, həm ekipajlı, həm də insansız gəmilərdə istifadə üçün uyğunlaşdırmağı, eləcə də paletli və konteyner tipli silah yerləşdirmə konfiqurasiyalarını hazırlamağı planlaşdırır.
Sınaq zamanı raketin konkret hansı variantından istifadə edildiyi açıqlanmayıb. Bununla belə, “CTM-290” raketinin 290 kilometrədək uçuş məsafəsinə malik olduğu məlumdur. Bu göstərici onu əməliyyat məsafəsi baxımından Cənubi Koreyanın ABŞ istehsalı olan “ATACMS” raketinə ekvivalenti edir.
Raket kombinə edilmiş inersial və GPS/INS peyk naviqasiya sistemlərindən istifadə edir. O, bir raket yerləşdirmək üçün nəzərdə tutulmuş xüsusi konteynerdən buraxılır. Şirkət həmçinin həmin sursatın gəmi əleyhinə variantını da təqdim edib.
Sevinc Əliyeva Ordu.az
