Censen Huanqın işçiləri təhqir etdiyi İDDİA OLUNUR


Nvidia rəhbərinin əməkdaşlarına qarşı təhqir və təhdidlərə yol verdiyi iddia olunur.
İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nvidia şirkətinin rəhbəri Censen Huanqın onilliklər ərzində əməkdaşlarını alçaltdığı, təhqir etdiyi və hədələdiyi bildirilir.
Nəşrin danışdığı keçmiş işçilərin sözlərinə görə, Huanq əməkdaşlarına qarşı fiziki zorakılıqla bağlı ağır təhdidlər səsləndirib.
Onun hətta şirkətin yüksək vəzifəli rəhbərlərindən birinə anasının onu dünyaya gətirmək əvəzinə abort etdirməli olduğunu dediyi iddia olunur.
Huanq isə sərt idarəetmə tərzini əməkdaşlarına inamı ilə izah edib.
O, işçiləri uğura çatdırmaq üçün onlara qarşı son dərəcə tələbkar davrandığını bildirib.
Xuraman Etibarlı
İnterpress.az