Cemal Yangının şirkətinin Bakıdakı filialının külli miqdarda borcu üzə çıxdı


Cemal Yangının şirkətinin Bakıdakı filialının külli miqdarda borcu üzə çıxdı - FOTOFAKT
"İstanbul Çarşı İmport Eksport LTD" MMM-nin 322,1 min manatdan çox vergi borcu yaranıb
Paytaxtın Səbail rayonunda hüquqi qeydiyyatda olan "İstanbul Çarşı İmport Eksport LTD" Məhdud Məsuliyyətli Müəssisəsinin dövlət büdcəsinə külli miqdarda vergi borcu var.
32gun.az-ın dövlət reyestri və vergi məlumatlarından əldə etdiyi xəbərə görə, şirkətin hazırkı vergi borcu 322.185,06 AZN (322,1 min manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, 14 oktyabr 1999-cu il tarixində rəsmi dövlət qeydiyyatına alınan və Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 14 ünvanında yerləşən müəssisənin nizamnamə kapitalı 1.000.000 AZN (1 milyon manat), hazırkı qanuni təmsilçisi isə Gokhan Yılmazdır.
Şirkətin idarəçilik tarixçəsinə nəzər saldıqda 12 fevral 2009-cu il tarixində qanuni təmsilçilikdə dəyişiklik edilərək rəhbərliyin Firuz Yavər oğlu Ağayevdən Elruz Yavər oğlu Ağayevə keçdiyi məlum olur. 31 iyul 2025-ci il tarixində isə müəssisənin qanuni təmsilçisi Gokhan Yılmaz təyin edilib.
Xatırladaq ki, "İstanbul Çarşı İmport Eksport LTD" MMC Azərbaycanda tikinti materialları, kimyəvi maddələr və sənaye avadanlıqlarının idxalı və topdansatışı sahəsində fəaliyyət göstərən Türkiyə kapitallı ticarət və distribütor şirkətidir. Təməli 1994-cü ildə qoyulan şirkətin təsisçisi, sahibi və əsas rəhbəri uzun illər Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri və sədr müavini vəzifələrində çalışmış türkiyəli iş adamı Cemal Yangındır. Onun rəhbərliyi altında şirkət təkcə Azərbaycanda deyil, həm də Gürcüstanda ("Geo Construction Ltd") və Əlcəzairdə ("Sarl İstanbul PVC & Alüminyum Ltd") filiallar açıb.
1 mənbə