"Cəlilabad Şərab-2" ASC bağlandı - 1,1 milyon manatdan çox vergi borcu yaranıb


Cəlilabad rayonunda hüquqi qeydiyyatda olan "Cəlilabad Şərab-2" Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə milyon manatdan artıq vergi borcu var.
32gun.az-ın əldə etdiyi xəbərə görə, səhmdar cəmiyyətin hazırkı vergi borcu 1.138.748,41 AZN (1,1 milyon manatdan çox) təşkil edir.
Əldə etdiyimiz digər məlumata görə, şirkət bağlanıb. Belə ki, sözügedən müəssisə vergi uçotunda passiv vergi ödəyicisi kimi qeydiyyatdadır.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Cəlilabad rayonu, Qarazəncir kəndində hüquqi qeydiyyatda olan ASC-nin nizamnamə kapitalı 352.786 AZN (352,7 min manatdan çox), qanuni təmsilçisi isə Məmmədəli Göyüş oğlu Qocayevdir.
Ayaz
1 mənbə