Canni İnfantino ABŞ Konqresinin mümkün məhkəmə çağırışı təhlükəsi ilə üz-üzədir


FİFA prezidenti Canni İnfantino yaxın həftələrdə ABŞ Konqresinin sərt təzyiqləri ilə qarşılaşa bilər.
Offsideplus.az xəbər verir ki, ABŞ-li tənqidçi qanunvericilər FİFA-nın Donald Tramp ilə olan əlaqələrinə dair apardıqları araşdırmaları genişləndirirlər və bu kontekstdə İnfantinoya qarşı rəsmi konqres çağırışlarının ediləcəyi gözlənilir.
FİFA daxilindəki nüfuzlu mənbələr qurum rəhbərliyinin hüquqi tələblərə cavab vermək və ifadə təqdim etmək məcburiyyətində qalmasının qaçılmaz olduğunu qeyd edirlər.
ABŞ qanunvericiləri FİFA rəhbərliyinin ABŞ siyasi elitası, xüsusilə də Donald Tramp ilə qurduğu yaxın münasibətlərin şəffaflığını və mümkün maraq ziddiyyətlərini araşdırırlar.
Yaxın həftələrdə hüquqi tələblərin rəsmi xarakter alacağı və İnfantinonun komitə qarşısında hesabat verməli ola biləcəyi bildirilir.
2026-cı il Dünya Çempionatının əsas ev sahiblərindən biri olan ABŞ-də baş verən bu siyasi və hüquqi proseslər idman ictimaiyyətində geniş əks-səda doğurub.
1 mənbə