BYD-nin bu modelinə qadağa qoyuldu


DÜNYA
22 Noyabr 2026 | 13:36 | Müəllif: Günəş Mərd
Haaqa Rayon Məhkəməsi BYD-nin “Ti7” SUV modelinin “Land Rover Defender”in dizayn hüquqlarını pozduğuna qərar verib.
Bakıvaxtı.az xəbər verir ki, qərara əsasən, avtomobilin Avropa İttifaqı ölkələrində istehsalı, idxalı və satışı qadağan edilib.
“Jaguar Land Rover” modelin “Defender”in dizaynını təqlid etdiyini iddia edərək məhkəməyə müraciət edib. BYD isə qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.