Şəki sərhəd dəstəsinin Bum sərhəd komendantlığı yenidən qurulub


11 mənbə əsasında
Dövlət Sərhəd Xidmətinin Şəki sərhəd dəstəsinin xidməti ərazisində yerləşən Bum sərhəd komendantlığı əsaslı təmirdən sonra şəxsi heyətin istifadəsinə verilib. Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəsmi şəxslər iştirak ediblər. Açılış mərasimində sərhəd təhlükəsizliyinin gücləndirilməsi və hərbi qulluqçuların xidməti şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Yeni infrastruktur sərhəd mühafizəsinin səmərəliliyinin artırılmasına və tapşırıqların çevik icrasına xidmət edəcək.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
“Bum” sərhəd komendantlığı xidməti istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Bum” sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilmişdir. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunmasına, sərhəd infrastrukturunun müasirləşdirilməsinə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl və sistemli xarakter daşıdığını bildirmişdir. Qeyd olunmuşdur ki, ölkəmizin sərhəd təhlükəsizliyinin daha da gücləndirilməsi, sərhəd mühafizəsinin müasir çağırışlara uyğun təşkili, hərbi hissə və bölmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Müasir sərhəd infrastrukturunun formalaşdırılması sərhəd mühafizəsinin keyfiyyətinin yüksəldilməsinə, bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasına və qarşıya qoyulan tapşırıqların daha çevik icrasına xidmət edir. “Bum” sərhəd komendantlığının istifadəyə verilməsi “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsinin daha səmərəli təşkil olunması, xidməti vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi və bölmələrin fəaliyyətinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılmışdır. Mərasimdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi sərhəd komendantlığının inzibati binasına baxış keçirmiş, burada yaradılmış şəraitlə tanış olmuş, şəxsi heyətlə birgə nahar etmişdir.
Tam oxu Avrasiya İA saytındaDərc vaxtına görə
