Bu rayonda mərkəzi küçə bərbad vəziyyətdədir - Video


Ağdaş rayonunun Heydər Əliyev prospektində yollar bərbad vəziyyətdədir.
Bu barədə Axar.az-a müraciət daxil olub.
Məlumata görə, bir müddət öncə sözügedən yol təmir məqsədilə qazılıb. Lakin təmir dayandırılıb və yol qazılmış vəziyyətdə qalıb.
Məsələ ilə bağlı Ağdaş Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
