Bu ölkədə TƏBİİ FƏLAKƏT-Şəhər DAĞILDI


Braziliyada baş verən güclü fırtına ciddi dağıntılara və insan tələfatına səbəb olub.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət nəticəsində 3 nəfər həyatını itirib.
Fırtınanın ən çox zərər vurduğu Tupansiratan şəhərində 8 600 yaşayış binasından 8 000-i zədələnib. Küləyin sürəti saatda 114 kilometrə çatıb.
Hələlik fırtınanın vurduğu ziyanın miqyası ilə bağlı əlavə məlumat verilməyib.
https://t.me/Ajansaz_official/8079
