Bu mövsüm əldən çıxıb, artıq gələn ilin avtomobilini hazırlayırlar


“Alpin” pilotu Franko Kolapinto bildirib ki, komanda diqqətini 2027 Formula 1 mövsümünə hazırlığa yönəldib.
Publika.az xəbər verir ki, argentinalı pilotun sözlərinə görə, bütün resurslar növbəti çempionat üçün avtomobilin hazırlanmasına yönəlib.
“Düşünürəm ki, biz artıq 2027-ci ilə doğru fəal şəkildə çalışırıq. Artıq builki avtomobili hazırlamırıq, ona görə də bütün səylərimiz gələn ilə yönəlib.
Ümid edirəm ki, əhəmiyyətli irəliləyiş əldə edə bilərik – bəlkə də digər komandalardan daha çox. Əsl inkişaf yarışı mövsümün sonunda başlayır və çempionatdan sonrakı bir neçə aydan maksimum yararlanmağa çalışacağıq”, – “PlanetF1” Kolapinto-nun sözlərini sitat gətirib.
“Alpin” bu mövsüm Konstruktorlar Çempionatında altıncı yerdədir, “Racing Bulls”dan 45, “Haas”dan 38 xal geri qalır.
