Bu marşrut üzrə avtobuslarda yenilik


Abşeron rayonunun Qobu qəsəbəsini paytaxtın "Avtovağzal" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli müntəzəm marşrut üzrə avtobuslar yenilənir.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, noyabrın 18-dən marşrut üzrə 11 müasir və komfortlu avtobus sərnişinlərin xidmətində olacaq. CNG texnologiyası ilə təchiz edilən ekoloji cəhətdən təmiz avtobuslar 9-10 dəqiqəlik intervalla hərəkət edəcək.
Avtobuslarda gedişhaqqı nağdsız qaydada ödəniləcək. Gedişhaqqı 0.70 manat müəyyən edilib.
Qeyd edək ki, bundan əvvəl də Bakıda bir sıra marşrutların avtobusları yenilənib. Noyabrın 6-dan 203 nömrəli, noyabrın 13-dən isə 173A və 173B nömrəli marşrutlar üzrə yeni avtobuslar sərnişinlərin xidmətinə verilib.
Dərc vaxtına görə