Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb


11 mənbə əsasında
Azərbaycan və İtaliya arasında cari ilin ilk doqquz ayında ticarət dövriyyəsinin həcmi doqquz milyard ABŞ dollarından çox olub. Ötən ildə isə ikitərəfli ticarət dövriyyəsinin göstəricisi təqribən on iki milyard dollar təşkil edib. Bu rəqəmlər iqtisadiyyat nazirinin müavini Anar Axundov və xarici işlər naziri Ceyhun Bayramov tərəfindən açıqlanıb. İtaliya Azərbaycanın əsas ixrac bazarı və ən böyük ticarət tərəfdaşı olaraq qalır.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Bu ilin 9 ayında Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin həcmi 9 milyard dolları ötüb
İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas ixrac bazarıdır. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəmizin həcmi 12 milyard dollara yaxın olub. AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində keçirilən "Strateji və etibarlı tərəfdaşlar arasında iqtisadi əməkdaşlıq və investisiyaların yeni dövrü” mövzusunda plenar sessiyada deyib. Nazir müavini qeyd edib, bu ilin ilk doqquz ayında isə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9 milyard dollardan çoxdur. “Qeyri-neft ticarətinin genişlənməsi sahibkarlara Avropa bazarına çıxmağa, sənaye müəssisələrimizə isə istehsalı müasirləşdirməyə imkan verir. Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir. Azərbaycan İtaliya iqtisadiyyatına uzunmüddətli sərmayə yatırır. Azərbaycan Respublikası Dövlət Neft Fondu və SOCAR bu istiqamətdə böyük uğurlara imza atıb”, - deyə nazir müavini əlavə edib.
Tam oxu Azərbaycan qəzeti saytındaDərc vaxtına görə