Bu il peşə təhsili almaq üçün 52 min nəfər müraciət edib


CƏMİYYƏT
131
18.11.2026, 11:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Peşə təhsilinə qəbulda qadınların payı 2022-ci ildəki 32 faizdən 2026-cı ildə 42 faizə yüksəlib.
Oxu24.com xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə Təhsili Forumu 2026” tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, 2026-cı ildə peşə təhsili almaq üçün 52 min nəfər müraciət edib, qəbul olunanların sayı isə 28 minə çatıb.
İlqar Bayramlı, həmçinin qeyd edib ki, dövlət sifarişli qəbul yerlərinin sayı 2022-ci ildə təxminən 16 min olduğu halda, 2026-cı ildə 23 minə yüksəlib.
Həmçinin oxuyun
Digər xəbərlər
Dərc vaxtına görə
