"Brent" nefti 89,87 dollara qədər ucuzlaşıb
PostMediaadmin

Londonun "InterContinental Exchange" (ICE) birjasında keçirilən hərrac zamanı "Brent" markalı neftin yanvar fyuçersləri üzrə 1 bareli 89,87 ABŞ dollarına təklif edilib.
"PostMedia" xəbər verir ki, bu, əvvəlki günün qiyməti ilə müqayisədə 2,11 dollar və ya 2,29 % ucuzlaşma deməkdir.
Eyni zamanda, Nyu Yorkun "Nymex" birjasında satılan WTI (Qərbi Texas) markalı xam neftin bir barelinin qiyməti 83,41 ABŞ dolları olub. Bu da əvvəlki günlə müqayisədə 0,2 dollar və ya 0,24 % artım deməkdir.
📲 Xəbərləri ilk siz oxuyun — bizi izləyin