bp ilə Avropa və Asiya arasında elektrik enerjisi bağlantılarının inkişafı barədə fikir mübadiləsi aparılıb


18 Noyabr 2026 14:23
280
İQTİSADİYYAT
Energetika naziri Pərviz Şahbazov bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanla bp arasında uzunmüddətli strateji tərəfdaşlığın inkişafı, neft-qaz, yaşıl enerji layihələrinin icrası və yeni əməkdaşlıq imkanları müzakirə edilib.
Cio Kristofoli Azərbaycanın 2030-cu ildə “27-ci WPC Energy” Konqresinə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın regional enerji qovşağına çevrilməsi istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyəti vurğulanıb. Avropa və Asiya arasında elektrik enerjisi bağlantılarının inkişafı, gələcəkdə bu əməkdaşlığın daha geniş coğrafiyanı əhatə etməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasilatın inkişafı və dərin qaz ehtiyatlarının işlənilməsi, “Şahdəniz” layihəsi çərçivəsində görülən işlər, o cümlədən kompressiya layihəsinin icrası, eləcə də “Qarabağ” yatağının işlənilməsi üzrə gələcək addımlar müzakirə edilib. Həmçinin bp-nin istehsalat obyektlərinin elektrik enerjisi ilə təchizatı perspektivi diqqət mərkəzində olub.
Söhbət zamanı enerji təhlükəsizliyi, neft-qaz hasilatı və bərpaolunan enerji sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə qarşılıqlı maraq ifadə olunub.
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Dərc vaxtına görə
Azərbaycan qəzetioxuduğunuz
bp ilə Avropa və Asiya arasında elektrik enerjisi bağlantılarının inkişafı barədə fikir mübadiləsi aparılıb