BP-dən sonra daha bir enerji nəhəngi Şimal dənizini tərk edir


Britaniyanın enerji nəhəngi "EnQuest" hökumətin tətbiq etdiyi yüksək vergilər və qazma qadağaları səbəbindən Şimal dənizindəki fəaliyyətini dayandıraraq investisiyalarını Cənub-Şərqi Asiyaya yönəldib.
Plat.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət Böyük Britaniyadakı bütün aktivlərini 960 milyon dollara "Neo Next+" şirkətinə satıb. Bu addımın əsas səbəbi kimi Leyboristlər hökumətinin neft və qaz gəlirlərinə tətbiq etdiyi əlavə vergilərin 2030-cu ilə qədər uzadılması göstərilir.
Yeni sərt vergi siyasəti şirkəti milyonlarla dollar zərərə uğradıb. Qeyd edək ki, ağır vergi yükünə görə bir müddət əvvəl "BP" şirkəti də eyni səbəbdən Britaniya sularındakı aktivlərini satacağını elan etmişdi.