“Böyük qayıdış prosesində mədəni irsin sosial-iqtisadi təsirləri” adlı layihənin hesabat tədbiri


Layihə çərçivəsində Şərqi Zəngəzur regionunda – Laçın, Qubadlı və Zəngilan rayonlarında aparılmış tədqiqatların nəticələrinin təqdim edilməsi, mədəni irsin Böyük Qayıdış prosesinə sosial, iqtisadi və icma baxımından təsirlərinin müzakirəsi, əldə edilmiş nəticə və tövsiyələrin aidiyyəti tərəflərə çatdırılması məqsədi daşıyırdı.Bunun üçün aşağıdakı vəzifələr nəzərdə tutulur:
Layihə çərçivəsində həyata keçirilmiş fəaliyyətlər barədə hesabat vermək;
Laçın, Qubadlı və Zəngilanda aparılmış sahə tədqiqatlarının nəticələrini təqdim etmək;
Maddi və qeyri-maddi mədəni irsin sosial inteqrasiyaya təsirlərini müəyyənləşdirmək;
Mədəni irsin yerli iqtisadi inkişaf, turizm və məşğulluq imkanlarına təsirini qiymətləndirmək;
Yerli icmaların mədəni irsin qorunması və istifadəsində rolunu müəyyənləşdirmək;
Böyük Qayıdış prosesində mədəni irsdən dayanıqlı inkişaf resursu kimi istifadə imkanlarını müzakirə etmək;
Layihənin nəticələri əsasında praktiki və institusional tövsiyələri təqdim etmək.
Tədbirin gündəliyi
Layihənin məqsədi və əhəmiyyəti haqqında giriş – Faiq İsmayılov
12:10–14:25 – “Böyük qayıdış prosesində mədəni irsin sosial-iqtisadi təsirləri” layihəsinin həyata keçirilməsi və əsas nəticələri
Layihənin mərhələləri
Görülmüş işlər
Əldə olunmuş nəticələr
12:25 – Laçın rayonunda mədəni irsin sosial-iqtisadi təsirlərinin tədqiqat nəticələri
12:45 – Qubadlı rayonunda mədəni irs və Böyük Qayıdış: sosial-iqtisadi perspektivlər
13:05 – Zəngilan rayonunda mədəni irsin sosial-iqtisadi potensialı və inkişaf imkanları
13:25–13:40 – Fasilə
13:40 – Layihənin yekun hesabatının təqdimatı
13:00–14:25 – Müzakirələr, sual-cavab və iştirakçıların təklifləri
13:30 – Tədbirin yekunlaşdırılması
“Mədəni irs yalnız keçmişin qorunması deyil, Böyük Qayıdış prosesində sosial inteqrasiyanı, yerli iqtisadi inkişafı və dayanıqlı gələcəyi dəstəkləyən mühüm resursdur.”
