Böyük Britaniya 8 İsrail şirkətinə sanksiya tətbiq etdi


Böyük Britaniya İordan çayının Qərb sahilində qanunsuz hesab etdiyi yaşayış məntəqələrinin tikintisində iştirak edən səkkiz İsrail şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend məhdudlaşdırıcı tədbirlərin məqsədinin həmin şirkətlərin maliyyə axınlarını dayandırmaq olduğunu bildirib. Sanksiyalar tikinti, daşınmaz əmlak və memarlıq sahələrində fəaliyyət göstərən şirkətlərə şamil olunub.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, sözügedən şirkətlər İordan çayının Qərb sahilindəki İsrail yaşayış məntəqələrində mənzillərin və ictimai infrastrukturun layihələndirilməsi, tikintisi, təchizatı və satışı ilə əlaqəli fəaliyyətlərdə iştirak ediblər.
Milibend İsrail şirkətlərini E1 yaşayış məntəqəsi layihəsi üzrə tenderlərdə iştirak etməməyə, tikinti aparmamağa və bu fəaliyyətdən gəlir əldə etməməyə çağırıb.
Bildirilib ki, London İsraillə beynəlxalq hüquqa uyğun ticarəti dəstəkləyir, lakin yaşayış məntəqələrinin ərazilərində həyata keçirilən fəaliyyəti bundan fərqləndirir.
Britaniya rəsmiləri həmçinin Qəzza zolağındakı humanitar vəziyyətə diqqət çəkərək, yardımın bölgəyə çatdırılmasına maneələrin aradan qaldırılmasını tələb ediblər.

Report+3 mənbə