Borca görə qadını döyərək özünə qəbir qazmağa MƏCBUR ETDİLƏR – FOTO


Altay diyarında qadını döyüb, uşaqlarını öldürməklə hədələyib və borca görə qəbir qazmağa məcbur ediblər.
İnterpress.az xəbər verir ki, hadisə Rusiyanın Altay diyarında baş verib.
Məlumata görə, Vitali və Rustam adlı iki kişi Marina və ailəsinin yaşadığı evə daxil olub.
Qadını boş əraziyə aparan Vitali onu dəmir soba aləti ilə ayaqlarından döyüb, həmçinin üzünə və bədəninə yumruq və təpiklər vurub.
Digər şəxs isə baş verənləri izləyərək gülüb.
Daha sonra qadını qəbiristanlığa apararaq özünə qəbir qazmağa məcbur ediblər.
Bu zaman hücum edənlərdən biri spirtli içki qəbul edib, Marinanın telefonunu beton plitəyə çırparaq sındırıb.
Zərərçəkənin oğlu polisə zəng etməyə nail olub və kiçik bacılarını gizlədib.
Xuraman Etibarlı
İnterpress.az