BOKT “İnternational” ASC-nin İdarə Heyətinə yeni sədr müavini təyin edilib


BOKT “International” ASC-nin İdarə Heyəti sədrinin müavini – Baş Biznes inzibatçısı vəzifəsinə Bəxtiyar Bəxtiyarov təyin olunub.
Bank və maliyyə sektorunda 2008-ci ildən fəaliyyət göstərən Bəxtiyar Bəxtiyarovun 16 ildən artıq peşəkar təcrübəsi var. Peşəkar fəaliyyətinin 16 ildən artıq dövrünü AccessBank-da keçirən Bəxtiyar Bəxtiyarov bankda müxtəlif rəhbər vəzifələrdə çalışıb və Nərimanov filialının rəhbəri olub. Sonrakı fəaliyyətini Unibank KB-də davam etdirərək Mikromaliyyə departamentinin şöbə müdiri və Satış Mərkəzinin rəhbəri vəzifələrini icra edib. B. Bəxtiyarov həmçinin 2012-ci ildən biznes və idarəetmə üzrə təlimçi-konsultant kimi fəaliyyət göstərib.
O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistratura pilləsini fərqlənmə ilə bitirib. Bundan əlavə, Boğaziçi Universitetinin Mini MBA proqramını tamamlayıb. Strategiya, liderlik və biznesin idarə edilməsi üzrə beynəlxalq peşəkar inkişaf proqramlarının sertifikatlarına, eləcə də IPMA C səviyyəli layihə idarəetməsi sertifikatına malikdir.
Yeni vəzifəsində Bəxtiyar Bəxtiyarovun əsas fəaliyyət istiqamətləri biznes strategiyasının icrası, kredit portfelinin dayanıqlı inkişafı, satış və əməliyyat effektivliyinin artırılması, biznes proseslərinin təkmilləşdirilməsi və insan kapitalının inkişafı olacaq.
Qeyd edək ki, 2013-cü ildən Azərbaycan maliyyə bazarında fəaliyyət göstərən BOKT “International” ASC hazırda 40 filialı və 500 əməkdaşı ilə ölkənin müxtəlif regionlarında fərdi müştərilərə və biznes subyektlərinə maliyyə xidmətləri göstərir.
1 mənbə