BMT Myanmaya silah tədarükünün dayandırılmasını TƏLƏB ETDİ
InterpressXuraman Etibarli


BMT Myanmaya silah tədarükünün dayandırılmasına çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “TRT Russian” məlumat yayıb.
BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türk Myanma hakimiyyətini müsəlman rohincalara qarşı soyqırımı işi üzrə Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dərhal yerinə yetirməyə çağırıb.
O bildirib ki, məhkəmənin qərarı cəzasızlığa qarşı real mübarizənin başlanğıcı olmalıdır.
Türk günahkarların məsuliyyətə cəlb edilməsini, qaçqınların təhlükəsiz şəkildə geri qayıtmasının təmin olunmasını və zərərçəkənlərə kompensasiya ödənilməsini tələb edib.
Xuraman Etibarlı
İnterpress.az