“Bizim Kəndimiz” MMC-nin vergi borcu üzə çıxıb


Azərbaycanda fəaliyyət göstərən “Bizim Kəndimiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə külli miqdarda vergi borcu yaranıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırkı vergi borcu 23 min 317,49 manat təşkil edir.
Qeyd edək ki, 100 manat nizamnamə kapitalına malik olan və 2018-ci ildə dövlət qeydiyyatına alınan MMC Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 59A, məhəllə 3153-57, mənzil 74 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi isə Sirac Ağazadə Adil oğludur.
Nilay
