Bitlisdə TIR-la avtobusun toqquşmağı nəticəsində 10 nəfər yaralanıb


Türkiyənin Bitlis vilayətinin Tatvan rayonunda TIR-la şəhərlərarası sərnişin avtobusunun toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.
Qəza Tatvan-Van avtomobil yolunun Koyluca kəndi yaxınlığında baş verib. Yağışlı hava şəraiti səbəbindən İran dövlət nömrə nişanlı TIR idarəetmədən çıxaraq qarşı zolaqda hərəkət edən sərnişin avtobusu ilə toqquşub.
Hadisə yerinə polis, jandarma, yanğınsöndürənlər, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.
Toqquşma nəticəsində TIR-ın yük hissəsindəki maye yuyucu vasitə də yola dağılıb.
