Bir sıra vəkillərlə bağlı tədbir görülüb


2026-cı ilin yanvar ayından indiyədək fiziki və hüquqi şəxslərdən, dövlət və qeyri-dövlət qurumlarından daxil olan müraciətlər əsasında 123 iş üzrə intizam icraatı başlanılıb.
Bu barədə Xitab24.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam işləri üzrə ümumilikdə 102 qərar qəbul edilib.
Qəbul edilən qərarlara əsasən 6 vəkil Kollegiyadan xaric olunub, 11 vəkilə xəbərdarlıq edilib, 9 vəkilə töhmət verilib, 27 vəkil barəsində cərimə tətbiq olunub, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.
Bununla yanaşı, 14 vəkilin gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.
Dərc vaxtına görə
Xitab24.azoxuduğunuz
Bir sıra vəkillərlə bağlı tədbir görülüb
