Beynəlxalq Qalereyada İsrail səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub – FOTO


Noyabrın 20-də Ağdam Şəhəri Günündə İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ronen Krausz Beynəlxalq Qalereyanın qonağı olub.
Avropa.info xəbər verir ki, görüşdə Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, “AMedia” MMC-nin rəhbəri Aygün Əzizova və Xəbər Times saytının foto müxbiri Camal İsgəndərov iştirak ediblər.
Görüş çərçivəsində səfir Beynəlxalq Qalereyanın fəaliyyəti, həyata keçirdiyi mədəni layihələr və incəsənət istiqamətində gördüyü işlərlə tanış olub.
Söhbət zamanı xalqlarımız arasında mədəni əlaqələrin genişləndirilməsi, incəsənət sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı mədəni mübadilənin təşviqi, eləcə də hər iki ölkənin rəssamlarının iştirakı ilə birgə rəsm sərgilərinin təşkili və digər layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Görüş iştirakçıları mədəniyyət və incəsənətin xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində, qarşılıqlı anlaşma və dialoqun inkişafında mühüm rolunu vurğulayaraq, gələcək əməkdaşlıq istiqamətində bir sıra təşəbbüsləri nəzərdən keçiriblər.
Görüş mədəni əlaqələrin inkişafı, yeni yaradıcı platformaların formalaşdırılması və birgə layihələrin reallaşdırılması baxımından əhəmiyyətli olub.