BƏYANAT İrəvandakı Göy məscidin tarixi-mədəni və dini kimliyinin qorunması beynəlxalq mədəni irsin mühafizəsi prinsiplərinin tələbidir
Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi İrəvan şəhərində yerləşən Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi və həmin məkanda onun büstünün yerləşdirilməsinin nəzərdə tutulması ilə bağlı narahatlığını bildirir.
Hesab edirik ki, tarixi dini abidələrin daxilində həyata keçirilən bu kimi təşəbbüslər onların ilkin təyinatı, tarixi funksiyası və mədəni mənsubiyyəti baxımından ciddi elmi və ictimai müzakirə tələb edir. Hər bir tarixi abidənin qorunması yalnız onun memarlıq quruluşunun saxlanılması ilə məhdudlaşmamalı, həm də həmin abidənin yaranma tarixinə, dini mahiyyətinə, ilkin funksiyasına və tarixi kimliyinə hörmət edilməsini əhatə etməlidir.
XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın hakimiyyəti dövründə inşa edilmiş Göy məscid Azərbaycan xalqının tarixi-mədəni və dini irsinin mühüm memarlıq nümunələrindən biridir. Məscid İrəvan şəhərinin tarixi memarlıq simasında, bölgənin müsəlman əhalisinin dini və ictimai həyatında mühüm yer tutmuşdur. Onun tarixi İrəvan xanlığının siyasi, sosial və mədəni mühiti ilə sıx bağlıdır. Göy məscidin mərasim zalına başqa bir mədəniyyət xadiminin adının verilməsi və orada büstünün yerləşdirilməsi təşəbbüsü abidənin dini təyinatı və tarixi-memarlıq bütövlüyü baxımından qiymətləndirilməlidir. Söhbət konkret bir ədibin ədəbi irsinin tanınmasına qarşı çıxmaqdan getmir. Yeğişe Çarentsinin ədəbi fəaliyyətinə və yaradıcılığına ehtiram göstərilməsi üçün müxtəlif mədəni məkanlar mövcuddur. Lakin dini ibadət abidəsinin tarixi funksiyasına və memarlıq-mədəni kimliyinə uyğun olmayan memorial təşəbbüslərin həyata keçirilməsi məqsədəuyğun hesab edilə bilməz.
Xüsusilə qeyd edirik ki, Göy məscidin bərpasında İran tərəfinin iştirak etməsi, maliyyə və texniki dəstək göstərməsi onun tarixi mənsubiyyətinin müəyyənləşdirilməsi üçün yeganə meyar ola bilməz. Abidənin tarixi kimliyi onun inşa edildiyi dövr, sifarişçisi, yerləşdiyi tarixi-mədəni mühit və memarlıq xüsusiyyətləri əsasında elmi şəkildə araşdırılmalıdır. Bərpa prosesində iştirak edən tərəflərin rolu ilə abidənin tarixi mənsubiyyəti bir-birindən fərqləndirilməlidir.
Mədəni irsin qorunması sahəsində beynəlxalq sənədlər də bu məsələyə məsuliyyətli yanaşmanı tələb edir. 1954-cü il Haaqa Konvensiyası silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunmasının hüquqi əsaslarını müəyyən edir. 1972-ci il UNESCO Konvensiyası isə mədəni və təbii irsin müəyyənləşdirilməsi, mühafizəsi və gələcək nəsillərə ötürülməsi sahəsində dövlətlərin öhdəliklərini təsbit edir. ICOMOS-un Venesiya Xartiyasında əksini tapan autentiklik, tarixi dəyər və abidələrin qorunması prinsipləri də bu baxımdan mühüm metodoloji əhəmiyyət daşıyır. Biz hesab edirik ki, tarixi abidələrin istifadəsi və təqdimatı zamanı onların ilkin funksiyasını və mədəni kimliyini arxa plana keçirən yanaşmalardan çəkinmək lazımdır. Dini abidələr müxtəlif xalqların tarixi yaddaşının, mənəvi dəyərlərinin və mədəni özünəməxsusluğunun daşıyıcılarıdır.
Onların siyasi, ideoloji və ya başqa məqsədlərlə istifadə edilməsi cəmiyyətlər arasında qarşılıqlı etimadın formalaşmasına xidmət etmir.
Qeyd etmək istərdik ki, Azərbaycan xalqının Qarabağ və Şərqi Zəngəzurda yerləşən dini-mədəni irsinə münasibətdə də eyni prinsiplərin tətbiq olunması vacibdir. İşğal dövründə məscidlərə, qəbiristanlıqlara və digər dini-memarlıq abidələrinə vurulmuş ziyan mədəni irsin qorunmasının nə qədər mühüm məsələ olduğunu bir daha göstərir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə tarixi və dini abidələrin bərpası, mühafizəsi və gələcək nəsillərə çatdırılması istiqamətində tədbirlər həyata keçirir. Mədəni irsin qorunması bütün dövlətlər üçün eyni məsuliyyət və obyektiv meyarlar əsasında həyata keçirilməlidir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, təşkilatımız: • Ermənistan və İran tərəflərini İrəvandakı Göy məscidin tarixi mənsubiyyətinə, dini təyinatına və Azərbaycan xalqının mədəni irsi ilə bağlılığına hörmətlə yanaşmağa çağırır; • Məscidin mərasim zalına Yeğişe Çarentsinin adının verilməsi və orada büstünün yerləşdirilməsi təşəbbüsünün tarixi abidənin ilkin funksiyası və autentikliyi baxımından yenidən nəzərdən keçirilməsini zəruri hesab edir; • Göy məscidin tarixi-memarlıq xüsusiyyətlərinin, ilkin dini funksiyasının və tarixi kimliyinin qorunmasını tələb edir; • UNESCO, ICOMOS və digər beynəlxalq mədəni irs qurumlarını Göy məscidin tarixi-mədəni kimliyinin qorunması məsələsinə diqqət yetirməyə çağırır; • Tarixi və dini abidələrin siyasi və ideoloji məqsədlərdən kənar saxlanılmasının, onların mənsubiyyətinə və ilkin təyinatına hörmət edilməsinin regional mədəni əməkdaşlıq və etimad mühiti üçün mühüm şərt olduğunu bəyan edir.
Bir daha vurğulayırıq ki, tarixi abidələr ayrı-ayrı siyasi maraqların deyil, bəşəriyyətin ortaq yaddaşının daşıyıcılarıdır. Onların qorunması tarixi həqiqətə, elmi obyektivliyə və mədəni müxtəlifliyə hörmət əsasında həyata keçirilməlidir.
Tarixi irsin qorunması onun yalnız divarlarını deyil, yaddaşını, kimliyini və mənəvi mahiyyətini də qorumaq deməkdir.
Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi
STATEMENT The Protection of the Historical, Cultural and Religious Identity of the Blue Mosque in Yerevan Is a Requirement of International Cultural Heritage Protection Principles
The Public Union for the Protection of Historical and Cultural Monuments in the Liberated Territories of Azerbaijan expresses its concern over the initiative to name the ceremonial hall of the Blue Mosque in Yerevan after Armenian poet Yeghishe Charents and to place his bust in that space.
We believe that such initiatives within historical religious monuments require serious scholarly and public discussion in terms of their original purpose, historical function and cultural affiliation. The preservation of any historical monument should not be limited solely to maintaining its architectural structure; it must also encompass respect for the monument’s history, religious significance, original function and historical identity.
Built in the 18th century during the reign of Hussein Ali Khan, the Khan of Iravan, the Blue Mosque is one of the significant architectural examples of the historical, cultural and religious heritage of the Azerbaijani people. The mosque held an important place in the historical architectural landscape of Iravan and in the religious and social life of the city’s Muslim population. Its history is closely connected with the political, social and cultural environment of the Iravan Khanate.
The initiative to name the ceremonial hall of the Blue Mosque after a cultural figure from another tradition and to install his bust there should be assessed in terms of the monument’s religious purpose and historical and architectural integrity. This is not a matter of opposing the recognition of an individual writer’s literary legacy. There are various cultural venues where respect can be paid to the literary activity and creative works of Yeghishe Charents. However, the implementation of memorial initiatives that are inconsistent with the historical function and architectural and cultural identity of a religious monument cannot be considered appropriate.
We particularly emphasize that Iran’s participation in the restoration of the Blue Mosque, including the provision of financial and technical assistance, cannot serve as the sole criterion for determining the monument’s historical affiliation. The historical identity of the monument must be examined scientifically on the basis of the period in which it was built, its patron, the historical and cultural environment in which it is situated, and its architectural characteristics. The role of parties involved in the restoration process must be distinguished from the historical affiliation of the monument itself.
International instruments concerning the protection of cultural heritage also require a responsible approach to this issue. The 1954 Hague Convention establishes the legal foundations for the protection of cultural property during armed conflict. The 1972 UNESCO Convention concerning the Protection of the World Cultural and Natural Heritage sets out states’ obligations regarding the identification, protection, conservation and transmission of cultural and natural heritage to future generations. The principles of authenticity, historical value and monument conservation reflected in the ICOMOS Venice Charter are also of considerable methodological importance in this regard.
We believe that approaches which relegate the original function and cultural identity of historical monuments to the background should be avoided in their use and presentation. Religious monuments are carriers of the historical memory, spiritual values and cultural identity of different peoples. Using them for political, ideological or other purposes does not contribute to building mutual trust between societies.
We would also like to emphasize the importance of applying the same principles to the religious and cultural heritage of the Azerbaijani people located in Karabakh and Eastern Zangezur. The damage inflicted on mosques, cemeteries and other religious and architectural monuments during the occupation once again demonstrates the importance of cultural heritage protection.
The Azerbaijani state is undertaking measures to restore, preserve and transmit historical and religious monuments in the liberated territories to future generations. The protection of cultural heritage must be carried out by all states on the basis of the same standards of responsibility and objective criteria.
In view of the above, the Public Union: • Calls on Armenia and Iran to respect the historical affiliation and religious purpose of the Blue Mosque in Yerevan, as well as its connection with the cultural heritage of the Azerbaijani people; • Considers it necessary to reconsider the initiative to name the mosque’s ceremonial hall after Yeghishe Charents and install his bust there, taking into account the monument’s original function and authenticity; • Calls for the preservation of the historical and architectural characteristics, original religious function and historical identity of the Blue Mosque; • Calls on UNESCO, ICOMOS and other international cultural heritage organizations to pay attention to the protection of the historical and cultural identity of the Blue Mosque; • Declares that keeping historical and religious monuments free from political and ideological purposes, while respecting their historical affiliation and original function, is an important prerequisite for regional cultural cooperation and an atmosphere of mutual trust.
We reiterate that historical monuments are not the property of individual political interests; they are carriers of the shared memory of humanity. Their protection must be ensured on the basis of respect for historical truth, scholarly objectivity and cultural diversity.
Protecting historical heritage means preserving not only its walls, but also its memory, identity and spiritual essence.
Public Union for the Protection of Historical and Cultural Monuments in the Liberated Territories of Azerbaijan
ЗАЯВЛЕНИЕ Сохранение историко-культурной и религиозной идентичности Голубой мечети в Ереване является требованием международных принципов охраны культурного наследия
Общественное объединение «Организация по защите исторических и культурных памятников на освобождённых территориях Азербайджана» выражает обеспокоенность в связи с инициативой присвоить церемониальному залу Голубой мечети, расположенной в городе Ереване, имя армянского поэта Егише Чаренца и установить в этом помещении его бюст.
Считаем, что подобные инициативы, осуществляемые внутри исторических религиозных памятников, требуют серьёзного научного и общественного обсуждения с точки зрения их первоначального назначения, исторической функции и культурной принадлежности. Сохранение любого исторического памятника не должно ограничиваться лишь поддержанием его архитектурной структуры. Оно также должно предусматривать уважение к истории его возникновения, религиозной сущности, первоначальному предназначению и исторической идентичности.
Голубая мечеть, построенная в XVIII веке в период правления ереванского хана Гусейнали-хана, является одним из значимых архитектурных памятников историко-культурного и религиозного наследия азербайджанского народа. Мечеть занимала важное место в историческом архитектурном облике Еревана, а также в религиозной и общественной жизни мусульманского населения города. Её история тесно связана с политической, социальной и культурной средой Иреванского ханства.
Инициатива присвоить церемониальному залу Голубой мечети имя представителя другой культурной традиции и установить там его бюст должна оцениваться с точки зрения религиозного назначения памятника и его историко-архитектурной целостности. Речь не идёт о противодействии признанию литературного наследия конкретного писателя. Для выражения уважения к литературной деятельности и творчеству Егише Чаренца существуют различные культурные площадки. Однако реализация мемориальных инициатив, не соответствующих исторической функции и архитектурно-культурной идентичности религиозного памятника, не может считаться целесообразной.
Особо подчёркиваем, что участие иранской стороны в реставрации Голубой мечети, включая предоставление финансовой и технической поддержки, не может служить единственным критерием определения исторической принадлежности памятника.
Историческая идентичность памятника должна изучаться на научной основе с учётом периода его строительства, заказчика, историко-культурной среды, в которой он расположен, и его архитектурных особенностей. Роль сторон, участвовавших в процессе реставрации, необходимо отличать от исторической принадлежности самого памятника. Международные документы в области охраны культурного наследия также требуют ответственного подхода к данному вопросу. Гаагская конвенция 1954 года определяет правовые основы защиты культурных ценностей во время вооружённых конфликтов.
Конвенция ЮНЕСКО 1972 года об охране всемирного культурного и природного наследия закрепляет обязательства государств по выявлению, охране, сохранению культурного и природного наследия и передаче его будущим поколениям. Принципы аутентичности, исторической ценности и сохранения памятников, отражённые в Венецианской хартии ИКОМОС, также имеют важное методологическое значение в данном вопросе.
Считаем, что при использовании и представлении исторических памятников необходимо избегать подходов, отодвигающих на второй план их первоначальную функцию и культурную идентичность. Религиозные памятники являются носителями исторической памяти, духовных ценностей и культурного своеобразия различных народов. Использование их в политических, идеологических или иных целях не способствует формированию атмосферы взаимного доверия между обществами.
Хотели бы также отметить важность применения тех же принципов в отношении религиозного и культурного наследия азербайджанского народа, расположенного в Карабахе и Восточном Зангезуре. Ущерб, нанесённый мечетям, кладбищам и другим религиозным и архитектурным памятникам в период оккупации, ещё раз демонстрирует, насколько важна защита культурного наследия. Азербайджанское государство осуществляет меры по восстановлению, охране и передаче будущим поколениям исторических и религиозных памятников на освобождённых территориях. Охрана культурного наследия всеми государствами должна осуществляться на основе единых принципов ответственности и объективных критериев.
Учитывая вышеизложенное, Общественное объединение: • Призывает Армению и Иран с уважением относиться к исторической принадлежности и религиозному назначению Голубой мечети в Ереване, а также к её связи с культурным наследием азербайджанского народа; • Считает необходимым пересмотреть инициативу о присвоении церемониальному залу мечети имени Егише Чаренца и установке там его бюста с учётом первоначальной функции и аутентичности исторического памятника; • Выступает за сохранение историко-архитектурных особенностей, первоначальной религиозной функции и исторической идентичности Голубой мечети; • Призывает ЮНЕСКО, ИКОМОС и другие международные организации по охране культурного наследия обратить внимание на вопрос сохранения историко-культурной идентичности Голубой мечети; • Заявляет, что защита исторических и религиозных памятников от политического и идеологического использования, а также уважение к их исторической принадлежности и первоначальному назначению являются важными условиями регионального культурного сотрудничества и формирования атмосферы взаимного доверия.
Ещё раз подчёркиваем, что исторические памятники являются не носителями отдельных политических интересов, а хранителями общей памяти человечества. Их охрана должна осуществляться на основе уважения к исторической правде, научной объективности и культурному многообразию.
Сохранение исторического наследия означает сохранение не только его стен, но и его памяти, идентичности и духовной сущности.
Общественное объединение «Организация по защите исторических и культурных памятников на освобождённых территориях Азербайджана»