Beş rayona suvarma suyunun verilməsi dayandırılacaq - Video

İmişli rayonunda yerləşən Bəhrəmtəpə hidroqovşağında əsaslı yenidənqurma işləri davam etdirilir.
Təmir işləri ilə əlaqədar dekabrın 1-dən Araz çayından suvarma kanallarına suyun verilməsi müvəqqəti dayandırılacaq.
Məhdudiyyətin təxminən iki ay davam edəcəyi gözlənilir.1958-ci ildə istifadəyə verilən hidroqovşaq İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarında 168 min hektardan artıq əkin sahəsinin suvarılmasında mühüm rol oynayır.
Cəmiyyətİmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
Yenidənqurma çərçivəsində hidrotexniki qurğular yenilənir, betonlama işləri aparılır, suölçmə cihazları və müasir SCADA avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılır.
Bəhrəmtəpə Hidroqovşağının İstismarı İdarəsinin rəisi Cəlil Əliyev görülən işlər, suyun verilməsində yaranacaq müvəqqəti məhdudiyyət və layihənin növbəti mərhələləri barədə məlumat verib. İşlərin 2027-ci ilin iyun ayında başa çatdırılması planlaşdırılır.
Yenidənqurma işlərindən sonra hidroqovşaq vasitəsilə suvarılan ərazinin sahəsinin 240 min hektara çatdırılması nəzərdə tutulur.
Daha ətraflı APA TV-nin videomaterialında:
Tarix: 19 noyabr 2026
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: İnstagram: Gender Facebook: Gender
Xəbəri paylaş
Dərc vaxtına görə